AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.
APA-nın məlumatına görə, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün “twitter” səhifəsində yazıb.“Novruz bayramı gəlir, həmçinin seçkilər və Azərbaycanın müstəqilliyinin 100 illiyi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”, - deyə o qeyd edib.