Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” hərəkatının dayandırılması üçün Almaniya Kansleri Angela Merkelə məktub ünvanlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yüz nəfərin imza atdığı məktubda Aşyə Polad və Yüksəl Yavuz adlı türklər də var.Məktubda Almaniyadan Türkiyənin Afrin əməliyyatı qarşısında səssiz qalmamaq istənilib: “Almaniya və Avropa Birliyi Türkiyənin hücumlarını dayandırmaq k üçün bütün imkanlardan istifadə etməlidir”.
Məktubun Almaniyada yaşayan PKK terror təşkilatı tərəfdarları tərəfindən hazırlandığı bildirilib.