Ağ Evdə müzakirə: bu ölkəyə zərbə endirilsin...
Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Hankyoreh” qəzeti yazıb.Qəzet qeyd edir ki, belə təklifi Ağ Ev yanında Təhlükəsizlik Şurasının direktoru Metyu Pottincer səsləndirib. Nəşrin iddiasına görə, Pottincer deyib ki, Koreya Xalq Demokratik Respublikasına məhdudlaşdırılmış hərbi zərbə 2018-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərdə administrasiyaya kömək edəcək".
Lakin ABŞ prezidentinin mətbuat katibi Sara Sanders “Vol Strit Jurnal”(Wall Street Journal) nəşrinin Seul bürosunun rəhbəri Conatan Çenin öz tvitter səhifəsində informasiyanı dərc etməsindən sonra iddiadan xəbər tutub. Mətbuat katibi Cənubi Koreya qəzetinin informasiyasını təkzib edib.
“Pottincer dəniz piyadaçısıdır. İki müharibədə xidmət edib və düşüncəsiz şəkildə hərbi hərəkətlərə olmağa öyrəşməyib. Mən inana bilmirəm ki, “Vol Strit Jurnal” nəşrinin müxbiri belə məsuliyyətsiz ittihamı təkrarlamazdan əvvəl şərh haqqında xahiş etməyib”, - Sanders bildirdi.
Qeyd edək ki, ABŞ KİV-inin son aylarda yazdığına görə, administrasiya Pxenyanın raket-nüvə potensialının məhv edilməsi üçün Koreya Xalq Demokratik Respublikasına məhdudlaşdırılmış zərbənin endirilməsi imkanını öyrənir. Bir sıra ekspertlər xəbərdarlıq edirlər ki, qarşılıqlı nüvə zərbələrindən qaçmaq mümkün olsa belə, adi silahların tətbiqi Koreya yarımadasında tammiqyaslı müharibəyə keçə bilər.
Ağ Ev Koreya Xalq Demokratik Respublikasına hücum planlarını rəsmən təsdiqləmir, amma problemin hərbi həllini istisna etmir.