Lavrov Qarabağ razılaşmasınının detallarını açdı və erməniləri SUSDURDU

Lavrov Qarabağ razılaşmasınının detallarını açdı və erməniləri SUSDURDU backend

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı məsələni şərh edib.

Publika.az xəbər verir ki, Lavrov bunun münaqişənin nizama salınması ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində müşahidəçilərin sayının artırılması olduğunu deyib.

Lavrov qeyd edib ki, münaqişə zonasında etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar 2010-cu ildən davam edir.

“2016-cı ildə təmas xəttində baş verən məlum insidentlərdən sonra Azərbaycan və Ermənistanın Vyana görüşü təşkil olundu, həmin ilin iyununda isə prezidentlər Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda görüşdü. Bu görüşlərdə etimadın möhkəmləndirilməsi ilə bağlı konkret addımların atılması haqda razılıq əldə olundu. Bu razılığa əsasən təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə qədər bu işlər aparılıb. Bu razılığın həyata keçirilməsi istiqamətində ATƏT-in operativ addımlar atacağına ümid edirik”, - deyə o bildirib.

Lavrov təmas xəttində müşahidə missiyasının sayının artırılmasının münaqişənin həllinin dondurulması ilə nəticələnəcəyi haqda səslənən fikirlərə də münasibət bildirib.

“Bütün münaqişələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə siyasi nizama salınma prosesi paralel aparılır”, - deyən Lavrov məsələnin iddia edildiyi kimi münaqişənin həllinin dondurulmasına bəhanə olmayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ATƏT-in müşahidə missiyasının sayının artırılmasını Ermənistan tərəfi israrla istəyir. İrəvan düşünür ki, bu, “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması ilə nəticələnəcək. Hansı ki, bu mexanizmlər ABŞ-da erməni lobbisi tərəfindən gündəmə gətirilib və məqsədi münaqişənin həllinin dondurulması, mövcud status-kvonun saxlanılmasıdır. Rəsmi Bakı əvvəldən bu prosesə qarşı çıxır. Lakin belə mexanizmlərin yaradılması Moskvanın da maraqlarına uyğun deyil. Çünki Vaşinqton bu mexanizmlə Donetsk münaqişə zonasında olduğu kimi vəziyyəti tam nəzarətə götürməyi planlaşdırır.

Bu baxımdan, Lavrovun “müşahidə missiyasının sayının artırılması münaqişənin nizama salınması ilə bağlı deyil” sözləri də Moskvanın İrəvanın, həm də Vaşinqtonu istədiyi ssenarinin reallaşmasına imkan verməyəcəyini göstərir.
Diaspora