Putin Ərdoğana izah etdi: Lavrovun sözünü kəsən PKK-çı…

Putin Ərdoğana izah etdi: Lavrovun sözünü kəsən PKK-çı… backend

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidə keçirilən Suriya toplantısını qiymətləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı jurnalistlərin suallarını cavablandırıb:

“Suriya müxalifətinin nümayəndələri təmsilçilik hüququnu Türkiyə tərəfinə verdi. Suriya problemi çox çətin məsələdir. Biz Türkiyənin və müxaliflərin ortaq mövqeyini səsləndirdik. Zirvəyə Mihrac Ural adlı terrorçu da qatılmışdı. Onun siyahıda adı yox idi. Bundan çox narahat olduq. Rusiyadan həmin terrorçunun dərhal tutulmasını və Türkiyəyə ekstradisiyasını istədik. Müttəfiqimiz olan ölkədə terrorçunun belə şou göstərməsi qəbuledilməzdir. Dünən Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığında Ərdoğan bununla bağlı narahatlığını Putinə bildirdi. Putinin sözlərinə görə, həmin şəxs saxta sənədlərlə görüşə qatılıb”.

Qeyd edək ki, Mihrac Ural 2013-cü ildə Hatayın Reyhanlı rayonunda təşkil olunan və 52 nəfərin ölümünə səbəb olan teraktla bağlı axtarışda olub.
Diaspora