Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında yanvarın 31-də telefon danışığı olub.
Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, R.T.Ərdoğan və V.Putin Suriya böhranının həlli üçün Soçidə keçirilən görüşün nəticələrini, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi əməliyyatı müzakirə ediblər.Kremlin yaydığı məlumatda isə bildirilir ki, V.Putin və R.T.Ərdoğan telefon söhbəti zamanı həm də Soçidə baş tutmuş Suriya Milli Dialoqu Konqresi barədə müzakirələr aparıblar.
Hər iki ölkə lideri konqresin yekunlarını yaxşı qiymətləndirib.
Xatırladaq ki, Türkiyə XİN 2013-cü ildə Reyhanlıda 52 nəfərin ölümü ilə nəticələnən terror hücumunda iştirak etmiş Türkiyə Xalq Qurtuluş Partiyasının üzvü Mihrac Uralın Soçi konqresinin iştirakçıları arasında olması ilə bağlı dünən rəsmi Moskvadan izahat tələb etmişdi.
Rusiya tərəfi məsələnin araşdırılacağını və bununla bağlı açıqlama veriləcəyini bildirmişdi.