Türkiyə ordusunun İraqda terrorçulara qarşı əməliyyat aparması ilə bağlı Ankara və Bağdad arasında razılaşma yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadinin sözçüsü Saad Hadisi deyib.O bildirib ki, türk ordusunun Suriyada apardığı “Zeytun budağı” əməliyyatının İraq torpaqlarına qədər uzadılması müzakirə mövzusu ola bilməz:
“Bağdadın icazəsi olmadan belə bir əməliyyat mümkünsüzdür”.