Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı qüvvələrinin keçirdiyi əməliyyatın Afrinlə məhdudlaşmayacağını bildirib.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, Ərdoğan Türkiyə ordusunun İdlibə hərəkət edəcəyini deyib.“İnşallah, mənim “Mehmetçik”im İdlibə gedəcək”, - prezident AKP-nin Kocaeli vilayəti üzrə gənclik qanadının qurultayında vurğulayıb.