Türkiyənin xüsusi təyinatlı “Bordobereli”lər Afrində PYD terror təşkilatının əsas adamının məhv edilməsi üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, türk ordusunun əməliyyata başlamasından sonra terror təşkilatının rəhbər şəxsləri Afrindən qaçıb. Hazırda bölgədəki terrorçulara Dərviş Afrinli kod adlı şəxs rəhbərlik edir.Bu terrorçunun məhv edilməsi üçün bölgəyə “Bordobereli” qrupu göndərilib.
Məlumata görə, Dərviş Afrinli əmri PKK-nın “baş qərargahı” olan Qəndildən alır. Qəndilin əmirlərini ona PKK-nın Suriya üzrə əsas adamı olan “Sofi Nurəddin” ləqəbli Nurəddin Halef Əl Məhəmməd çatdırır.
“Bordobereli”lərə Dərvişin məhv edilməsi təlimatı verilib. Əməliyyatın məxfi şəkildə aparıldığı deyilir.