ABŞ-ın sabiq prezidenti Barak Obamanın İslam radikallarının lideri ilə fotosu yayıldı.
Publika.az xəbər verir ki, gizli görüşlərdən birində çəkildiyi iddia edilən foto Cim Gereyt adlı şəxsin (jimgeraghty) "Tvitter" hesabından paylaşılıb.Şəkilin 2005-ci ildə çəkildiyi qeyd edilib. Fotoda ABŞ-ın sabiq prezidenti Barak Obamanın "İslam Milləti" radikal təşkilatının lideri Luis Farraxanla səmimi şəkildə poz verdiyi görülür. Sözügedən təşkilat isə tez-tez irqçilikdə və antisemitizmdə ittiham edilirdi.
Fotonun müəllifi Askiey Məhəmməd adlı fotoqrafdır. Fotoqraf çəkdiyi fotonu Barak Obamanın siyasi karyerasına təhlükə yaratmamaq üçün yayımlamamışdı.