Ərdoğan AŞPA-dakı çıxışına görə Səməd Seyidova təşəkkür etdi

Ərdoğan AŞPA-dakı çıxışına görə Səməd Seyidova təşəkkür etdi backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidova qurumun iclasında Türkiyənin Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatına dəstək olduğuna görə təşəkkür edib.

AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında bildirib:

“Türkiyənin Afrindəki əməliyyatı yalnız terror təşkilatlarına, terrorçulara qarşıdır. Avropa Parlamentində bu əməliyyatı istila olaraq göstərmək istəyənlərə deyirəm ki, gedin işğalçıları Liviyada, Ruandada, Malidə axtarın. Azərbaycanlı millət vəkili Səməd qardaşıma isə qətiyyətli davranışına görə təşəkkür edirəm”.
Diaspora