Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.
AzVision.az xəbər verir ki, bundan başqa prezident İlham Əliyev Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib.