Baydendən şok etiraf: Poroşenkoya o it oğlunu...

Baydendən şok etiraf: Poroşenkoya o it oğlunu... backend

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden ukraynalı naziri necə işdən qovdurtduğunu etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə Bayden ABŞ Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı deyib.

“Mən Kiyevin korrupsiya ilə mübarizəsindən narahatam. Sizə konkret nümunə göstərmək istəyirəm. Mənə Ukrayna ilə bağlı tapşırıq verildi. Xatırlayıram ki, komandamızın yanına gəlib, Ukraynaya uzunmüddətli kredit zəmanəti verməyimiz gərəkdiyini dedim. Mən Kiyevə 12-13 dəfə getdim. Sonda Kiyevə 1 milyard dollar dəyərində kredit zəmanəti verdiyimizi elan etməliydim. Poroşenko və Yaçenyukdan zəmanət aldım ki, baş prokurorla bağlı addımlar atılacaq, amma onlar bunu etmədilər. O zaman mətbuat konfransına gedib dedim ki, sizə bir milyard dolları vermirik. Onlar mənə dedilər ki, siz bu səlahiyyətə malik deyilsiniz, prezident artıq icazə verib. Mən isə cavabımda ona zəng etmələrini istədim. Dedim ki, altı saat sonra uçuram və əgər baş prokurorunuzu o vaxta qədər qovmasanız, pul almayacaqsınız. Nəticədə o itoğlu qovuldu. Onun yerinə güvənilən adam təyin edildi”, – deyə o bildirib.
Diaspora