Türkiyəylə münasibətləri pozulan dövlətdən – Şok dəstək

Türkiyəylə münasibətləri pozulan dövlətdən – Şok dəstək backend

Türkiyənin Afrindəki əməliyyatları kürdlərə qarşı yönəlməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Hollandiyanın Xarici İşlər naziri Halbe Zijstra deyib.

Onun sözlərinə görə, Hollandiya “Zeytun budağı” əməliyyatını yaxından izləyir:
“Türkiyəyə açıq hücum olub. PYD/YPG qüvvələri günahsız deyil. Türkiyənin özünümüdafiə üçün kifayət qədər səbəblər var. Hollandiya heç bir zaman PYD/YPG terrorçularını dəstəkləməyib. Onların PKK terror təşkilatı ilə əlaqəsi var. PKK isə həm Hollandiya, həm də Avropa üçün terror təşkilatıdır. Türkiyə ilə bu məsələləri müzakirə etmişik. Əməliyyatlar beynəlxalq qanunlara zidd deyil”.
Diaspora