Moldova Rusiyadan milyardlar tələb etməyə hazırlaşır

Moldova Rusiyadan milyardlar tələb etməyə hazırlaşır backend

Moldova Rusiyanın Dnestryanıdakı mövcudluğunun ölkəyə nə qədər zərər verdiyini dəyərləndirmək üçün beynəlxalq hüquq firmalarından biri ilə anlaşmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldova parlamentinin spikeri Andrian Kandu söyləyib.

“Rusiya beynəlxalq hüququ pozub. Hazırda Dnestryanıda 2000 rus hərbçisi var. Bu hərbçilər bizim milli təhlükəsizliyimiz üçün təhdiddirlər. Onların Moldovadakı hərbi mövcudluğu Abxaziya, Cənubi Osetiya və Şərqi Ukraynadakı mövcudluqlarına bərabərdir”, - o bildirib.
Diaspora