Fələstinin dövlət kimi tanınması Avropa İttifaqının (Aİ) gündəliyində prioritetlər arasında deyil, eyni zamanda Aİ Fələstinlə Assosiasiya Sazişinin imzalanması ilə bağlı danışıqlara hazırlığa başlayacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının anonim qalmağı istəyən yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib."Ola bilsin ki, bir-iki nazir Fələstinin tanınması məsələsini qaldırsın. Bəzi üzv ölkələr uzun illər əvvəl fərqli tərkibdə, bir ölkə isə bu yaxınlarda bu təklifi edib. Hesab edirmə ki, tanıma ölkələrin suveren qərarıdır. Buna toxunula bilər, amma bu məsələ Aİ səviyyəsində gündəm mərkəzində deyil", - Aİ nümayəndəsi deyib.
Fələstinlə Assosiasiya Sazişi imzalanması ehtimalını şərh edən Aİ nümayəndəsi qeyd edib ki, saziş yalnız dövlətlərlə bağlanır.
Qeyd edək ki, yanvarın 22-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Yaxın Şərq məsələsi müzakirə olunacaq. Nazirlər həmçinin Fələstin dövlətinin başçısı Mahmud Abbasla görüşəcəklər.