XİN xarici QHT-ni qara siyahıya salır

XİN xarici QHT-ni qara siyahıya salır backend

“Sülh naminə musiqi”-dən danışan təşkilatın iddia etdiyi adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət vardır.

QAZİLƏR.AZ Trend-ə istinadla xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Music for peace” adlanan qeyri-hökumət təşkilatı tərəfindən 6 fevral tarixində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində konsert proqramının təşkil ediləcəyi barədə xəbəri şərh edərkən bildirib.

H.Hacıyev deyib: "Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir".

Onun sözlərinə görə, “Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək, bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə, işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək.

Eyni zamanda bu təşkilatın YUNESCO-nun loqosundan hansı əsasla öz saytında istifadə etməsi məsələsi YUNESCO qarşısında qaldırılacaqdır.
Diaspora