ABŞ geri çəkildi: Belə demək istəmirdik...

ABŞ geri çəkildi: Belə demək istəmirdik... backend

Suriyanın şimalında daha əvvəl “Sərhəd təhlükəsizliyi qüvvəsi”nin yaradılacağı ilə bağlı açıqlamamız ordu, yaxud hərbi birləşmə anlamına gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Ryan Dillon deyib.

“Suriyada yerli qüvvələrə verdiyimiz təlimlər davam edir. Bu təlimlərimizin məqsədi evlərindən didərgin düşmüş insanların geri qaytarılmasını təmin etmək və İŞİD-in azad edilmiş ərazilərdə yenidən peyda olmasının qarşısını almaqdır. Biz burada ordu yaratmaq fikrində deyilik”, - Dillon bildirib.

Dillon eyni zamanda bildirib ki, Türkiyənin bununla bağlı narahatlığı anlaşılandır və İŞİD-ə qarşı mübarizədə şəffaflıq qorunacaq.
Diaspora