Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi.Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"