Bu günlərdə Rusiyanın “Sputnik” və “Rusiya bu gün” agentlikləri ABŞ-ın Suriyada 10 bazası olması barədə məlumat yayıb.
Moderator.az xəbər verir ki, daha dəqiq məlumatı İran kəşfiyyatı əldə edib. Bu məlumatda Amerikanın Suriyada 10 deyil, 14 bazası olduğu bildirilir. Onlardan 12-i ölkənin şimalı və şimal-şərqində, 2-i isə cənubundadır.Türkiyə mətbuatı isə kürd rayonlarında 13 silah-sursat bazasının yerləşməsi haqda xəbər yayıb. ABŞ bazalarının daha çox Suriyada “Kürdüstan” qurulmasına xidmət etdiyi bildirilir.