Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, prezidentlər iki ölkə arasındakı əlaqələr, o cümlədən Suriyadakı son durumu müzakirə ediblər. Putin Suriyadakı PUA ilə hücum cəhdlərinin Türkiyə ilə əlaqəsinin olmadığını və bunun kimlər tərəfindən törədildiyini bildiyini söyləyib. O bildirib ki, bu kimi təxribatlar partnyorlar arasında əlaqələri pozmağa yönəlikdir.