Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.
"Report"un məlumatlı mənbələrə istinadən verdiyi xəbər görə, səfər yanvarın 16-dan 18-dək davam edəcək.E.Məmmədyarov Fransa rəsmiləri ilə görüşəcək və müzakirələr aparacaq.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Parisdə YUNESKO-nun mənzil-qərargahında olacaq və burada da bir sıra görüşlər keçirəcək.