1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşov Ukrayna SSR-ni Krımı götürməyə məcbur etdi.
Publika.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib.Onun sözlərinə görə, bu qərarın (Krımın Ukraynaya birləşdirilməsi –red.) verilməsi ərəfəsində yarımada sakinləri Xruşovu ağlayaraq qarşıladılar:
“Nikita Xruşşov, biz burada yaşaya bilmirik, biz burada işləyə bilmirik, bizi buradan aparın”, - sakinlər deyirdilər. Xruşov Kiyevə - Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinə gəlir… Və deyir: siz Krımı özünüzə götürməlisiniz. Xruşşov Krımı Ukraynaya hədiyyə etmədi, o, Ukraynanı Krımı özünə götürməyə məcbur etdi”.
Onun sözlərinə görə, Ukrayna 1954-cü ildən Krıma yüz milyard dollardan çox pul qoyub:
“Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunda ona əsaslanırdılar ki, Ukrayna Odessa, Herson və Nikolayev vilayətlərindəki təcrübəyə malik olaraq Krıma kömək edə bilər. Belə də oldu və Krımı ayağa qaldırdı. Və indi Krım zəbt etdilər, həmçinin bizə sübut edirlər ki, bu qayıdışıdır”.
Xatırladaq ki, Xruşovun təşəbbüsü ilə 1954-cü ildə Krım Ukrayna SSR-nin (19 fevral 1954-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə) tərkibinə verilib. Xruşov bu qərarı Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə vermişdi.
2014-cü ilin Maydan hadisələrinin gedişatında isə yarımada Rusiya tərəfindən ilhaq edilib. Moskva Krımın referendumun nəticəsi olaraq Rusiyaya birləşdirildiyini bildirir.