İran hadisələrinin SİRRİ AÇILDI: ABŞ-ın əsl hədəfi başqadır

İran hadisələrinin SİRRİ AÇILDI: ABŞ-ın əsl hədəfi başqadır backend

“İrandakı hadisələrin əsas hədəfi Çindir. Hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir”.

Publika.az xəbər verir ki, bu barədə İbni Haldun Universitetinin beynəlxalq əlaqələr şöbəsinin dosenti Talha Köse deyib.

Onun sözlərinə görə, Trampın İrana qarşı hərəkətə keçəcəyi əvvəldən məlum idi.

“Gözlənilirdi ki, İranı daxildən qarışdıraraq, qarşısını alacaqlar. Əsas problem bankların çökməsindən sonra başlandı. Bu, cəmiyyətdə ciddi narazılıq yaratdı. Mümkündür ki, Amerika sistemli şəkildə İranda sabitliyi pozmaq üçün bu cür addımlar atıb. Digər tərəfdən, Suriyada və Yəməndə böhranın davam etməsi də İrana təsir edir. Hədəf İranın xarici siyasətinin qarşısını almaqdır. Etirazlar səngimiş kimi görünür, lakin bu, başlanğıc nöqtəsidir”, - deyə o bildirib.

T.Köse hesab edir ki, hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq: “Bir qrup İŞİD-çinin də ora getməsi bunun siqnalıdır. Məqsəd İpək Yolu layihəsi üzərindəki ölkələrin – Əfqanıstan, Mərkəzi Asiya, İran və s. – qarışdırılmasıdır. Suriyadan İŞİD-çilər Əfqanıstana göndərildi. Gözləniləndir ki, Əfqanıstanda gərginlik başlayacaq və bunun hədəfi də İpək Yolu layihəsi, yəni Çindir. Çünki ABŞ-ın yeni hədəfi Çindir”.
Diaspora