ABŞ Dövlət katibi Reks Tillerson Avropa Birliyini (AB) İrandakı etirazlara dəstək olmamaqda ittiham edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Dövlət katibi AB-nin bu addımından xəyal qırıqlığına uğradıqlarını etiraf edib:“Avropa Birliyi İrandan islahatlarla bağlı çağırış edən xalqı dəstəkləməkdən imtina etdi. Bu, bizim üçün gözlənilməz oldu”.
Qeyd edək ki, İranda hökumət əleyhinə 10 gündür davam edən etiraz aksiyaları zamanı 30-dan çox insan ölüb, mindən çoxu isə saxlanılıb.