ABŞ din azadlığını pozmaqda ittiham edilən ölkələrin siyahısını təsdiq edib.
Moderator.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.Siyahıya son günlər ABŞ-la münasibətləri gərginləşən Pakistan da daxil edilib. Ümumilikdə, siyahıda Pakistandan başqa, Çin, Eritreya, İran, Şimali Koreya, Sudan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistan yer alıb.
Sözügedən siyahı 1998-ci ildən dinin beynəlxalq azadlığı haqqında Amerika qanununa uyğun olaraq tərtib edilir.