Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat fakültəsində Azərbaycan bayrağının endirilməsinə qərar verən ilahiyyat professoru Salih Pay işdən qovulub.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova deyib.“Uludağ Universitetində bayrağımızı endirən ilahiyyət professoru işdən uzaqlaşdırılıb və Azərbaycan bayrağı universitetdə öz yerini alıb. Bu yaxınlarda isə orada universitetin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yüksək səviyyədə qeyd etdik”, - N.Nəsibova bildirib.
Qeyd edək ki, bir müddət öncə Uludağ Universitetinin İqtisadiyyat fakültəsindən Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar vermişdi. Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini bildirmiş, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağının da öz yerinə bərpa ediləcəyini qeyd etmişdi.
Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olmuşdu.