Avropa Vaşinqtonla Moskvanı barışdırmalıdır

Avropa Vaşinqtonla Moskvanı barışdırmalıdır backend

Avropa gərək Moskva və Vaşinqtonun münasibətlərinin yaxşılaşmasında maraqlı olsun.

Axar.az xəbər verir ki, bunu Almaniyanın “Funke” media holdinqinə müsahibəsində Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel söyləyib. Onun sözlərinə görə, bu yaxınlaşma Şimali Koreya böhranının da həllinə yardım edəcək:

“Avropa məhz bu yaxınlaşmada maraqlı olmalıdır. Yekunda yalnız ABŞ və Rusiya Çinin dəstəyi ilə atom silahının yayılmasının qarşısını ala bilər. Əgər Vaşinqtonla Moskva arasında münasibətlər belə pis qalsa, o zaman digər ölkələr bundan istifadə edəcəklər”, – deyə o bildirib.
Diaspora