Yunanıstan qiyamçıları qoruyan ölkə olduğunu ortaya qoydu. Əlaqələrimizə təsiri olacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.Qeyd edək ki, bu gün Yunanıstan hökuməti Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan FETÖ-çulardan birinin Türkiyəyə ekstradisiya edilməsi barədə qərar qəbul edib.
Digər bir qərara görə isə qiyamçılardan biri də siyasi status alaraq Yunanıstanda yaşamaq hüququ qazanıb.
Hazırda Yunanıstanda sığınacaq tapan FETÖ-çu qiyamçıların sayı 8-dir.