Türkiyə Xarici işlər Nazirliyi ötən gün Misirin paytaxtı Qahirədə kilsəyə edilən hücumla bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, XİN çox sayda adamın həyatını itirdiyi terror hücumunu pisləyib.Bəyanatda həyatını itirənlərin ailələrinə və Misir xalqına başsağlığı verilib.
Qeyd edək ki, ötən gün Misirin paytaxtı Qahirədə kilsəyə edilən silahlı hücum nəticəsində 10 nəfər həyatını itirib.