Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda partiya sədri “Tvitter” hesabında bildirib.“Millətimin imzaları ilə prezidentliyə namizəd olacağam. Siyasətdə olduğum müddətdə sadəcə millətimə güvəndim, yenə güvənirəm”, - o yazıb.
Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin hazırkı prezident, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın olacağı gözlənilir.
Türkiyədə 16 aprel 2017-ci il tarixli referendumda qəbul olunan Konstitusiya dəyişikliyi 2019-cu il prezident seçkilərindən sonra qüvvəyə minəcək. Türkiyə məhz bu seçkilərdən sonra rəsmən prezident üsul-idarəsinə keçəcək.