ABŞ geri addım atdı: Türkiyənin dediyi oldu...

ABŞ geri addım atdı: Türkiyənin dediyi oldu... backend

ABŞ-la Türkiyə arasında viza böhranı həll edildi.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə vətəndaşlarının viza müraciətləri ilə bağlı məhdudiyyətlər aradan qaldırıb:

“Türkiyə hökuməti aparılan danışıqlara sadiq qaldı”.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
Diaspora