2016-cı ilin aprelində baş verən döyüşlər Dağlıq Qarabağla bağlı məsələdə tərəflər arasında mövcud olmuş azacıq etimadın da üzərinə şübhə toxumu səpildi.
Report xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədirinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Hünter Baxler Ermənistan KİV-inə müsahibəsində bildirib.Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü müəyyən dərəcədə ümidvericidir: “Bununla belə prezidentlərin ikitərəfli görüşü danışıqlar prosesini avtomatik olaraq, qura bilməz”.