Estoniya immiqrantların köçürülməsi üçün Avropa İttifaqının (Aİ) kvotasını yerinə yetirmək öhdəliyindən imtina edib.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Urmas Reynsalu deyib."Estoniyanın 550 insan qəbul etməsi öhdəliyi artıq mövcud deyil", - ədliyyə naziri bildirib.
U.Reynsalu xatırladıb ki, 2015-ci ildə ümumavropa immiqrasiya böhranı zamanı Estoniya hökuməti parlamentin razılığı ilə iki il ərzində 550 qaçqını Aİ kvotası üzrə qəbul edərək yerləşdirməyi qərara alıb.