Polşanın Azərbaycana təyin edilmiş yeni səfiri Marek Tsalka fevralın 15-də Bakıya gələcək.
QAZİLƏR.AZ xəbər verir ki, bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Anjey Kneysel məlumat verib. Yeni səfir bu vəzifədə ötən ilin avqustunda səlahiyyətləri başa çatmış Mixal Labendanı əvəzləyəcək.A. Kneysel bildirib ki, M. Tsalka daha əvvəl Cənubi Koreyada səfir olub, son dörd ildə isə Polşa XİN-in Şərq Departamentinin direktor müavini vəzifəsində çalışıb.