Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. ANS PRESS-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, onun səfəri mayın 11-12-də baş tutacaq.
Bu barədə məlumatı onun mətbuat xidməti yayıb.Mətbuat xidmətinin məlumatına görə, o, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək.
"Görüş zamanı bir çox məsələlərə toxunulacaq. Tərəflər regional və beynəlxalq təhlükəsizliyə dair məsələləri müzakirə edəcəklər".