Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
APA-nın məlumatına görə, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.