Erməni ilə dost olub, işbirliyi yaradanlar üçün qanuni cəza varmı?

Erməni ilə dost olub, işbirliyi yaradanlar üçün qanuni cəza varmı? backend

Sosial şəbəkələrdə azərbaycanlı qızın erməni rəfiqəsi ilə erməni mahnısı oxuyub paylaşması ictimaiyyətdə hələ də müzakirə olunmaqdadır.

Qeyd edək ki, “İnstagram”da dueti yayan erməni qrupu Azərbaycan mətbuatında çıxan xəbəri öz səhifəsində paylaşıb.

Ümumiyyətlə, bəzi azərbaycanlıların, hətta tanınmışların erməni həmkarları ilə dost olması, onlarla işbirliyi qurması haqda yazmışıq. Təbii ki, böyük əksəriyyət düşmənlə əlaqə yaradanları tənqid edib, bunun yolverilməz olduğunu bildirib.

Maraqlıdır, bəs erməni ilə dost olub, işbirliyi yaradanlar üçün qanuni cəza varmı?

Mövzu ilə bağlı tanınmış hüquqşünas İradə Cavadovanın rəyini aldıq: “Təbii ki, qanunvericilikdə kiminsə erməni ilə dostluq etməsi, işbirliyi yaratması ilə bağlı birmənalı olaraq qanuni qadağa yoxdur. Lakin burada vicdan, vətənpərvərlik, daha dərin məsələlər var. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, vətənini sevən, ona dəyər verən, ölkənin ağrılarını özündə hiss edən adam buna yol verməz. Bunun üçün hansısa qanunun olub-olmaması şərt deyil. Hər bir vətəndaş, özünə hörmət edən azərbaycanlı buna öz vətəndaşlıq borcu kimi baxmalıdır. Ola bilsin ki, kimsə başqa ölkədə yaşayır və sadəcə, kökəni azərbaycanlıdır, erməni ilə dostluq edir. Bu zaman biz nə edə bilərik? Təbii ki, yalnız təəssüf edə bilərik. Həmçinin özümüzü qınamalıyıq ki, bizim profilaktik tədbirlərimiz, təbliğatımız qənaətedici olmayıb, güclü auditoriyamız yoxdur. Amma məlum olduğu kimi, ermənilər başqa ölkələrin onlara dəstək verməsi üçün var gücü ilə çalışır, təbliğatlar aparırlar, bəzən də buna nail olurlar. Düşünürəm ki, biz də öz təbliğati işlərimizi daha da gücləndirməliyik”.
Diaspora