Əgər Polşanın indiki hökuməti antiavropa siyasətini davam etdirsə, o zaman hər şey Polşanın Avropa Birliyindən ayrılması ilə bitəcək.
Axar.az xəbər verir ki, bunu Polşanın keçmiş Xarici İşlər naziri Radoslav Sikorski deyib.“Hakim partiya seçki təşviqatı zamanı antiavropa şüarlarından istifadə etmədi. İndi sual yaranır, görəsən, polyaklar antiavropa siyasəti ilə razılaşacaqlarmı? Bu fəaliyyətin sonu Poleksitlə bitəcək” – deyə o bildirib.