Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Haseka qaçqın düşərgəsində təxminən 750-ə yaxın İŞİD-çinin və “Əl-Nusra Cəbhəsi” üzvlərinin yeni terror qrupuna təlim keçdiyini iddia edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın “Yeni Suriya Ordusu” nun təşkili üçün işlər gördüyünü və bunun üçün xüsusi təlimlər keçdiyini qeyd edib.Rusiya Müdafiə Nazirliyi son 6 ayda adı çəkilən düşərgəyə İŞİD və “Əl-Nusra Cəbhəsi” terrorçularının gətirildiyini əminliklə qeyd edib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ təlimatçılarının hazırlıqları tamamlanandan sonra yaradılan mövcud silahlı qrup hökumətə qarşı mübarizə aparmaq üçün Suriyanın cənubuna göndəriləcək.