Çeçenlər Rusiya lideri Vladimir Putinin piyadalarıdır və o hara əmr etsə biz həmin yerə piyada getməyə hazırıq.
“Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov deyib.“Əsas məsələ odur ki, Suriyadan uşaqların qaytarılmasında Putin bizim əməyimizi xüsusi qiymətləndirdi. Rusiya vətəndaşlarının qaytarılması məsələsində Şimali Qafqazdan olan mütəxəssislərin iştirakının zəruriliyini və vacibliyini vurğuladı”, - çeçen lider bildirib.
Qeyd edək ki, bu gün Putinin ənənəvi mətbuat konfransı baş tutub.