Suriya Xarici İşlər Nazirliyi ABŞ koalisiyasının Deyr əz-Zorda mülki şəxsləri bombalaması ilə bağlı BMT-yə şikayət məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi agentliyi SANA məlumat yayıb.“Suriya ordusu və müttəfiqləri İŞİD üzərində tam qələbə qazandığı halda, ABŞ yeni bir cinayətə imza atır. Koalisiya İŞİD-lə mübarizə adı altında terrorçuların təhlükəsiz yerlərə getməsini təmin edir və onları qoruyur”, - məktubda deyilir.
Qeyd edək ki, sonuncu dəfə koalisiyanın Deyr əz-Zorun Şarki kəndini bombalaması və nəticədə 20-dən çox dinc sakinin ölməsi ilə bağlı məlumat yayılmışdı.