Həsən Ruhani: "ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və heç vaxt da olmayacaq"

Həsən Ruhani: "ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və heç vaxt da olmayacaq" backend

"ABŞ administrasiyasının bu yaxınlardakı qərarı ABŞ-ın sionistlərin maraqlarını maksimum dərəcədə təmin etməyə çalışdığını və fələstinlilərin qanuni hüquqlarına hörmət etmədiyini açıq şəkildə ortaya qoydu".

Qaziler.az "Report"-a istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani "Twitter" səhifəsində yazıb.

"ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və heç vaxt da olmayacaq", - o əlavə edib.

Xatırladaq ki, H.Ruhani bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı növbədənkənar sammitində iştirak edir.
Diaspora