Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də Suriya və Misir səfərini başa vuraraq Türkiyəyə gedib.
“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşir.Prezidentlərin Suriya və Qüds başda olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə edəcəkləri gözlənilir.