Rusiya Türkiyədə nüvə stansiyasının inşasına başladı

Rusiya Türkiyədə nüvə stansiyasının inşasına başladı backend

Bu gün Türkiyənin Mərsin şəhərində ölkədə ilk olan "Ağquyu" atom elektrik stansiyasının tikintisinə başlanılıb.

Report xəbər verir ki, təntənəli təməlqoyma mərasimində Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyasının ("Rosatom") Aleksey Lixaçev və Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin birinci müavini Fateh Dönməz iştirak edib.

Lixaçevin sözlərinə görə, AES Rusiya və Türkiyə arasında münasibətlərin inkişafının iqtisadi qarantı kimi çıxış edəcək.

"Qeyd etmək lazımdır ki, "Rosatom" stansiyanın sahibi olacaq. Biz bir tərəfdən etibarlı və təhlükəsiz istismarı təmin edəcək, digər tərəfdən isə bura kommersiya baxımından səmərəli olan elektrik enerjisi tədarük edəcəyik. Həmçinin yeni iş yerləri yaradacaq bu layihə iki ölkə arasında münasibətlərin inkişafının iqtisadi qarantı kimi çıxış edəcək", - o əlavə edib.

Fatih Dönməzin sözlərinə görə, "Rosatom" AES-in tikintisinə dair tam icazəni 2018-ci ilin martında alacaq.

Dəyəri 20 milyard dollar qiymətləndirilən layihə çərçivəsində ümumi gücü 4800 MVt olan SSER-1200 reaktorlu dörd enerji blokunun tikintisi nəzərdə tutulur.
Diaspora