Almaniya və Türkiyə arasında yeni böhran

Almaniya və Türkiyə arasında yeni böhran backend

Almaniya və Türkiyə arasında bu dəfə “kitab böhranı” yaşanır.

Teleqraf.com xəbər verir ki, Almaniyadakı 45 min kitabını Türkiyəyə gətirmək istəyən tanınmış türk alimi, professor Fuad Sezginin 15 min kitabı müsadirə olunub. Məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşən F.Sezginin kitabları üçün başlayan diplomatik danışıqlardan sonra 30 min kitab Türkiyəyə gətirilib. Ancaq Almaniya tərəfi Frankfurt hava limanında 15 min kitabın ölkədən kənara çıxarılmasına icazə verməyib. Türkiyə höküməti 15 min ktab üçün də danışıqları davam etdirir.

Qeyd edək ki, kitablar gətiriləndən sonra İstanbul Gülhanə Parkında professor F.Sezgin və həyat yoldaşı Ursula Sezgin üçün kitabxana yaradılacaq.

Diaspora