Ərdoğan Makronla Qüdsü müzakirə etdi

Ərdoğan Makronla Qüdsü müzakirə etdi backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla Donald Trampın Qüds qərarı və səfirliyin köçürülməsi məsələsi ətrafında müzakirə aparıb.

Axar.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.

Ərdoğan telefon danışığı zamanı Fransa prezidentinə Qüdsün tarixi statusunun qorunmasının bütün bəşəriyyətin borcu olduğunu bildirib. Tərəflər ABŞ-ın qərarını dəyişməsi üçün birgə səy göstərmək barədə razılıq əldə ediblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını bildirib və səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə Dövlət Departamentinə təlimat verib.
Diaspora