Polşa hökuməti istefa verdi

Polşa hökuməti istefa verdi backend

Beata Şidlonun rəhbərlik etdiyi Polşa hökuməti rəsmi şəkildə istefaya gedib.

Mərasim paytaxt Varşavada prezident sarayında baş tutub.

Ölkə prezidenti Anje Duda baş nazirə yeni kabinet formalaşana qədər hökumətə rəhbərlik etməyi tapşırıb.

Yeni kabinetə hazırki maliyyə və inkişaf naziri Mateuş Moravetski başçılıq edəcək.