ABŞ Qəzzafini buna görə öldürdü - Saleh

ABŞ Qəzzafini buna görə öldürdü - Saleh backend

Müəmmər Qəzzafini inqilab nəticəsində yox, qabaqcadan hazırlanmış plan nəticəsində devirdilər.

Axar.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Liviyanın eks-prezidenti Müəmmər Qəzzafinin keçmiş müşaviri Bəşir Saleh söyləyib.

“Bu, inqilab deyildi. Bu, Qəzzafi və digər ölkələrin liderlərinə qarşı sui-qəsd idi. Burada hədəf islamın din olmaqdan çıxıb, mədəni fenomenə çevrilməsi idi. Qəzzafini ABŞ devirdi. Səbəb kimi isə Qəzzafinin Qərb mədəniyyəti və həyat tərzinin əleyhdarı olması, yeni dünya düzəni yaratmaq istəməsi göstərildi”, – deyə o bildirib.
Diaspora