“Türkiyə hərəkətə keçərsə...” – ABŞ üçün QORXUNC XƏBƏRDARLIQ

“Türkiyə hərəkətə keçərsə...” – ABŞ üçün QORXUNC XƏBƏRDARLIQ backend

"Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarı Vaşinqton üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.

Bu xəbərdarlığı ABŞ Konqresinin demokrat senatoru Şeldon Vitehuz edib.
Trampın qərarını sərt şəkildə tənqid edən senatorun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması ABŞ-ın Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrlə münasibətlərini poza bilər.

"Burada ən təhlükəli nöqtə Yaxın Şərqdə hərbi baxımdan hələ də asılı olduğumuz Türkiyə və bölgədəki ən yaxşı dostlarımızdan biri olduğu halda Ağ Evin əlaqələrdə davamlı şəkildə geriləməyə çalışdığı Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin pozulma ehtimalıdır. Türkiyə və Səudiyyə Ərəbistanı bu qərara etiraz olaraq bəzi addımlar atsa, ABŞ-ın bölgədəki təsir gücü zərər görə bilər”, - senator vurğulayıb./publika.az
Diaspora